Kitabxana      İşğaldan əvvəl kitabxanamız    E-kataloq     E-kitabxana         Tədbirlər         Normativ sənədlər        Əlaqə    

      

 
 
 
 
 

 

 

 

Qubadlı - Azərbaycanda rayon. Respublikanın cənub-qərbində (Qarabağ) yerləşir. Rayonun sahəsi 826 km² , əhalisi isə 31300 nəfərdir. İnzibati mərkəzi Qubadlıdır. Qubadlı rayonu şimaldan Laçın rayonu, cənubdan Zəngilan rayonu, şərqdən Xocavənd və Cəbrayıl rayonları, qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir. Rayonun çox gözəl təbiəti var. Qubadlının ərazisindən Azərbaycanın ən bolsulu çaylarından olan Həkəri və Bərguşad çayları axır.

Ən əhəmiyyətli kəndləri Mahmudlu, Xəndək, Xanlıq, Muradxanlı, Yuxarı Mollu kəndləridir.

İqtisadi rayon: Qarabağ
Ərazi: 826 (km2)
Əhali: 31 300
Əhali sıxlığı: (nəfər/km2)
Nəqliyyat vasitəsi kodu: 39
Telefon kodu: 133
Poçt kodu (Mərkəzi PŞ): AZ 3900

Qubadlı rayonu 31 avqust 1993-cü il tairixində qəsbkar Ermənistan Respublikası tərəfindən işğal olunub.

Qubadlı rayonu 1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil olunmuşdur. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayon uilə birləşdirilmişdir. 1964-cü ildə yenidən müstəqil rayon olmuşdur.

802 km2. ərazisi olan bu dağ rayonunun mərkəzi Qubadlı şəhəridir.

Bakıdan 401 km-lik məsafədə yerləşən Qubadlı rayonunun Ermənistanla 120, Dağlıq Qarabağın Hadrut rayonu( hal-hazırda bu inzibati rayon ləğv olunub) ilə 42 km-lik sərhəd zolağı vardı. Eyni zamanda Laçın, Cəbrayıl və Zəngilan rayonları ilə həmsərhəd olan Qubadlının iqtisadiyyatının əsasını işğala qədər taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil etmişdir. 31 süd-əmtəə ferması mövcud olmuşdur ki, onun da 27-si tam mexanikləşdirilmiş vəziyyətdə idi. Rayonda 2 üzümün ilkin emalı zavodu fəaliyyət göstərirdi. Süd-əmtəə fermalarının məhsulları Yağ-pendir zavodunda emal olunurdu.

Tam gücü ilə işləyən asfalt zavodu təkcə Qubadlıya deyil, eyni zamanda qonşu rayonlara da xidmət edirdi. İnkubator-quşçuluq fabriki və balıqyetişdirmə vətəgəsi rayon əhalisini ət və balıq məhsullarıyla təmin edirdi.Daş karxanası və mərmər sexi əhalinin tələbatını əsaslı şəkildə ödəyirdi. Azərbaycan "Neftqazavtomat" təcrübə zavodunun rayonda yaradılmış filialında son tamamlama işləri gedirdi. Ümumiyyətlə, Qubadlı rayonunda 62 idarə və müəssisə fəaliyyət göstərirdi.

Kənd/qəsəbələri: Abdalanlı, Alaqurşaq, Armudluq, Aşağı Cibikli, Aşağı Xocamsallı, Aşağı Mollu, Bala Həsənli, Bala Soltanlı, Ballıqaya, Başarat, Bəxtiyarlı, Boynakər, Cılfır, Çardaxlı, Çaytumas, Çərəli, Diləli Müskanlı, Deşdahat, Dəmirçilər, Dondarlı, Dovudlu, Eyvazlı, Əbilcə, Əfəndilər, Əliqulu Uşağı, Əyin, Fərcan, Göyərabas, Göyərcik, Göyyal, Gürcülü, Hal, Hat, Həkərli, Həmzəli, Hərtiz, Hüseynuşağı, Xallava, Xanlıq, Xələc, Xəndək, Xıdırlı, Xocahan, Xoçik, İşıqlı, K.Mahruzlu, Kavdadıq, Qaracallı, Qarağac, Qaraimanlı, Qarakişilər, Qaraqoyunlu, Qaralar, Qayalı, Qədili, Qəziyan, Qilican, Qiyaslı, Qundanlı, Ləpəxeyranlı, Mahmudlu, Mahruzlu, Mehrili, Məlikəhmədli, Məmər, Mərdanlı, Məzrə, Milallı, Mirlər, Mollaburan, Mollalı, Muğanlı, Muradxanlı, Novlu, Padar, Poladlı, Sarıyataq, Saray, Saldaş, Seləli, Seytas, Tarovlu, Tatar, Teymur Müskanlı, Tinli, Yuxarı Cibikli, Yuxarı Xocamsallı, Yuxarı Mollu, Yusifbəyli, Ulaşlı, Zilanlı, Zor

 
Mənbələr