Kitabxana      İşğaldan əvvəl kitabxanamız    E-kataloq       E-kitabxana         Tədbirlər         Normativ sənədlər        Əlaqə    

      

 
 
 
 
 

 

 

 

Rayonun səthi, əsasən, dağlıqdır. Ərazisi Qarabağ silsiləsinin cənub- qərb (Topağac dağı-2010 m, Pirdağ-1316 m), Bərgüşad silsiləsinin şərq (Qartız dağı- 1277 m) və Qarabağyaylasının cənub-şərq (Qurbantəpə dağı - 1075 m) hissəsinə daxildir. Qarabağ yaylasının cənub-şərq qurtaracağı olan Yazı düzü ( Bazarçay və Həkəri çayı arasında) ərazidə 450 m-dək alçalır.

Ərazidə Qarabağ silsiləsi maili və dalğalı İncə düzünə keçir.

Yura-Antropogen çöküntüləri yayılmışdır. Əqiq yatağı var.İqlimi əsasən mülayim isti və quru subtropikdir. Orta tempratur yanvarda düzən yerlərdə 1 dərəcədən dağlıq yerlərdə - 4 dərəcəyə qədər, iyulda müvafiq olaraq 26 və 14 dərəcədir.

İllik yağıntı 400-600 mm-dir. Çayları Bazarçay, Həkəri və onların qollarıdır( Kiçik Həkəri, Meydandərəsi və s ); bunlardan suvarmada istifadə edilir.Rayonda , əsasən, qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Əsas bitki örtüyü kollu və seyrək meşəli çəmənlərdir .Dağ meşələri (fıstıq, palıd, vələs və s ) var.

Meşələrin sahəsi 13,2 min hektardır. Heyvanları ayı, canavar, vaşaq, tülkü, boz dovşan, süleysin, oxlu kirpi və s-dir.

Quşlardan boz kəklik, turac, qırqovul, göyərçin və s. var.Rayonda Qubadlı yasaqlığı təşkil edilib.

 

 
Mənbələr