Kitabxana      İşğaldan əvvəl kitabxanamız    E-kataloq      E-kitabxana         Tədbirlər         Normativ sənədlər        Əlaqə    

      

 
 
 
 
 

 

 

 

Azərbaycan Respublikasının konstitusiyası
 hüquqi dövlətin əsasıdır

12 noyabr 2011-ci il tarixində  YAP Qubadlı  rayon təşkilatında  12 noyabr konstitusiya günü ilə əlaqədar tədbir keçirildi.  Tədbiri YAP Qubadlı rayon komitəsinin sədri Allahverdi Haqverdiyev açdı.  Məruzə üçün söz Qubadlı rayon İcra Aparatında Hüquq şöbəsinin müdiri  Azər   Qarayevə    verildi.  Konstitusiyanın yaranma tarixindən və qanunun aliliyindən geniş məruzə etdi.

Çıxış üçün söz Qubadlı rayon Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru Müşgünaz Muradovaya verildi. “Azərbaycan Respublikası  Konstitusiyası hüquqi dövlətin əsasıdır” mövzusunda çıxış edərək Azərbaycan Respublikasında  hakimiyyətin mənbəyi, Dövlətin əsasları, mədəniyyət, təhsil və səhiyyə hüquqları və konstitusiyanın digər hüquq və vəzifəlırini bir daha təhlil edərək hakimiyyət bölgüsünü  qanunverici, icraedici, məhkəmə hakimiyyətinə  mənsub olduğunu təhlil etdi. 

Sonda  Rayon İcra Hakimiyyətinin müavini Rasim Xalıqverdiyev yekun nitq söylədi.

Kitab sərgisi

Ölkəmizin hər yerində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci il dönümü yüksək əhvali-ruhiyyə ilə qeyd edilir. Rayonumuzda da bu istiqamətdə ardıcıl müxtəlif tədbirlər keçirilir. Qubadlı rayon Mədəniyyət və Turizm şöbəsində də bu istiqamətdə bir sıra yaddaqalan tədbirlər təşkil olunmuşdur. Bu baxımdan Mərkəzi Kitabxana Siseminin təşkilatçılığı ilə Azərbaycan dövlət müstəqilliyinə həsr edilmiş kitab sərgisini qeyd etmək olar. Mədəniyyət evinin geniş foyesində təşkil olunan və müstəqillik tariximizin ayrı-ayrı  mərhələlərini əks etdirən yüzlərlə kitabın nümayiş etdirdiyi sərgidə iyirmi il ərzində ölkəmizin inkişaf dinamikası, əldə edilən yğurlar öz əksini tapmışdır. “İqtisadiyyatımız 20 ildə”, “Mədəniyyətimiz 20 ildə”, “Güclü Dövlət, məqsədyönlü siyasət” və s. Başlıqlar altında nümayiş etdirilən kitablar arasında Ulu Öndər Heydər Əliyevin əsərləri, prezidentimiz İlham Əliyevin “İnkişaf məqsədimizdir” kitabı və başqa əsərlər vardır. Regionların inkişaf proqramlarına aid çap materialları ayrıca bölmədə yerləşdirilmişdir.
Azərbaycan qadınlarının ölkəmizin ictimaii-siyasi, mədəni həyatında rolu, “Qadının liderliyi, Qadınların gücü”, Almaniyada nəşr olunan kitabda YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Millət vəkili, Heydər Əliyev Fondunun Prezidemti Mehriban xanım Əliyevanın müsahibəsindən irəli gələn “XXI əsrin qadını” başlığı altında çap materialları da sərgidə öz əksini tapmışdı.
Kollektivimiz bu sərgini yüksək səviyyədə təşkil etmək üçün kifayət qədər hazırlıq işləri görmüşlər. İşçilərimiz sərgiyə baxmağa gələnlərin maraqlandıran suallara cavab verir, lazımi izahat işləri aparırlar.
Bura gələnlər Azərbaycan Respublikasının Müstəqilliyinin əbədiliyini təmin etmək sahəsində Ulu Öndər Heydər Əliyevin titanik fəaliyyəti ilə bir daha tanış olur, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində əldə edilən uğurlardan qürur duyurlar. Tam əminliklə deyə bilərik ki, sərgi tamaşaçılarda böyük təəssurat yaratmışdır.

Milli QəhrəmanValiliy Əliyevin Anım günü

20 oktyabr 2011-ci il tarixində Vasili Əliyev adına Qubadlı rayon Mədəniyyət evinin foyesində Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən Milli qəhrəman Vasili Əliyevin anadan olmasının 53-cü ildönümü- anım günü böyük etiramla yad olundu. Tədbirin aparıcısı Ziba Kazımova tədbiri açdıqdan sonra qəhrəmanın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Məruzə üçün söz Qubadlı rayon Mədəniyyət  və Turizm şöbəsinin məsləhətçisi Eldar Hüseynova verildi. Məruzəçi qəhrəmanın həyat və döyüş yollarından ətraflı məruzə etdi.
Sonra Mahmudlu kənd tam orta məktəbinin şagirdləri tərəfindən şəhidlərin xatirəsinə həsr edilmiş şer və bayatılar dinlənildi.
Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin nümayəndəsi Sevinc Məmmədova çıxış edərək şəhidlərin yad olunmasından, onların ailələrinə dövlət qayğısından danışdı.
Sonda qəhrəmanın həyat yoldaşı Aygün xanım tədbiri təşkil edənlərə və iştirakçılara öz minnətdarlığını bildirdi.

“XX əsrin genosidi Xocalı”

Bu gün Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Mərkəzi kitabxanasında “XX əsrin genosidi Xocalı” adlı tədbir keçirmişdir.

Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndəsi, rayon ziyalıları, rayon ictimaiyyətinin nümayəndələri, kitabsevərlər iştirak etdilər.

Tədbiri rayon mədəniyyət və turizm şöbəsinin müdiri T.Cəfərov açdı. Daha sonra məruzə üçün söz rayon MKS-nin direktoru M.Muradovaya verildi.

O, Xocalı faciəsi, onun insanların həyatında acı bir hadisə kimi xatırlandığını və erməni cəlladları tərəfindən törədilmiş bu bəşəri cinayətə qiymət verilməsinin vaxtı olduğunu qeyd etdi.

Tədbirdə Xocalı faciəsinə həsr olunmuş kitab sərgisi nümayiş etdirildi.

Sonra Qubadlı rayon Mədəniyyət evinin bədii özfəaliyyət kollektivlərinin təşkil etdiyi ədəbi-bədii gecə nümayiş etdirildi.

 
Mənbələr